Beynəlxalq Olimpiya komitəsinin prezidemnti Tomas Bax Yaponiyada ölkənin baş naziri Yosihide Suqa ilə görüşüb. Tokio olimpiadasının təşkilat komitəsinin sədri Seyko Hasimotonun iştirak etdiyi tədbirdə oyunların təhlüksizliyi müzakirə edilib. Son vaxtlar Tokioda yoluxma hallarının artmasından danışılb və yarışlar zamanı qabaqlayıcı tədbirlərin daha da gücləndiriləcəyi bildirilib.

Mətbuata açıqlama verən baş nazir bunları söyləyib: : “Xalqımızı oyunların keçirilmıəsini anlayışla qarşılayır. Dünyanın ən mötəbər idman tədbiridir. Amma Olimpiadanın yüksək səviyyədə və tam təhlükəsiz olması üçün təşkilatçılarla yanaşı, iştirakçıların da üzərinə böyük məsuliyyət düşür. Hamı qaydalara tam riayət etsə, her şey nezarətimiz altında olacaq. Beynəlxalq Olimpiya Komitəsi bu haqda onsuzda bütün iştirakçı ölkələrə lazimi təlimatlar göndərib”

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da nikbin danışıb:

“Olimpiya oyunlarında təhlükəsizlik bütün iştirakçı ölkələrin əsas vəzifəsidir. Çalışmalıyıq ki, oyunların keçirilməsi Yaponiya xalqını risk altına qoymasın. Eyni zamanda yerli əhalidən də gələn idmançılara və qonaqlara qarşı istiqanlı münasibət və qonaqpərvərlik gözləyirəm. Əl ələ verərək Olimpiya və paralimpiya oyunlarını yüksək səviyyədə keçirə bilərik”

Xatırladaq ki, Tokio Olimpiya oyunlarına iyulun 23-də start veriləcək.