“Tur de Frans” çoxgünlük velomarafonunda 16-cı mərhələ arxada qalıb.

İdmançılar Pas-de-la-Kasa və Sen Qodens şəhərləri arasında 169 km məsafə qət ediblər. Avstriyalı Patrik Konrad 4 saat, 1 dəqiqə 59 saniyə nəticəylə bütün rəqiblərini qabaqlayıb. İtaliyalı Sonni Kolbrelli 2-ci olub. Avstraliyalı Maykl Metyus ilk 3-lüyü tamamlayıb. Ümumi cədvəldə liderlər qrupu dəyişməyib. Sloveniyalı Tadey Poqaçar zirvədədir. Kolumbiyalı Riqoberto Uran 2-ci, Danimarkalı Yonas Vinqeqard 3-cüdür. 17-ci mərhələdə velosipedçilər 178,4 km məsafə qət edəcəklər. 21 mərhəkədən ibarət yarışda iyulun 18-si Parisdə yekub vurulacaq.