“Böyük Dəbilqə” seriyalı Umibldon turnirində kişilərin mübarizəsi yekunlaşıb.

Finalda isə turnirin 2 ən güclü tennisçisi üz-üzə gəlib. Söhbət serbiyalı Novak Cokoviçlə italiyalı Matteo Berrettini duelindən gedir. ATP reytinqinin 1-cisi Cokoviç oyuna yaxşı başlamayıb. İlk dəqiqələrdən üstünlüyə yiyələnən Berrettini 1-ci setdə çətinliklə də olsa qalib gəlib: 7-6. Sonradan təşəbbüsü ələ alan Cokoviç ssenarini dəyişib. Serbiyalı raketka ustası ikinci hissədə 6-4 hesabı ilə üstün olub. Növbəti hissədə də eyni nəticəyə imza atabn Cokoviç sonuncu setdə daha asan qələbə qazanıb: 6-3. Beləliklə, 4 setin 3-də rəqibini məğlub edən serbiyalı tennisçi fəxri mükafata yiyələnib. Bu, 34 yaşlı təcrübəli idmançının karyerasında Böyük Dəbilqə seriyalı yarışlarda 20-ci tituludur. Bununla da Cokoviç bu göstəricidə Rocer Federerlə Rafael Nadala çatıb