Avropa çempionatının daha bir mövsümünün sonuna gəldik.
Sayca 16-cı dəfə təşkil edilən yarışın finalında İtaliya və İngiltərə milliləri üz-üzə gəlib. İlk dəfə qitə turnirinin finalına yüksələn ingilislər elə ilk dəfə idi ki, kuboka bu qədər yaxın idilər. İtalyanlar isə ikinci Avropa çempionluğu üçün əllərindən gələni edəcəkdilər. Oyuna daha sürətli başlayan Qaret Sautqeytin komandası elə 2-ci dəqiqədə hesabı açıb. Luk Şou fərqlənib. Geri düşən “Skuadra Adzurra” hücumlarını daha dü gücləndirib. İlk hissə minimal hesablı qələbə ilə yekunlaşıb. Fasilədən sonra da təzyiqi artıran italiya futbolçuları istəklərinə 67-ci dəqiqədə çatıblar. Leonardo Bonuççi tarazlığı bərpa edib. 1-1.
Əsas vaxt bu hesabla yekunlaşdığından əlavə hissələr oynanılıb. Burada hesab dəyişməyib. Penaltilər seriyası daha gərgin alınıb. Əvvəlcə zərbəsi dəqiq olmayan Andre Belotti İtaliya azarkeşlərini məyus edib. Maraqlıdır ki, son dəqiqələrdə meydana daxil olan Markus Reşfordla Ceydon Sanço fərqlənə bilməyib. Daha sonra Jorjinyonun zərbəsini qapıçı Pikford dəf edib. İngiltərə millisi bir qədər ümidlənsə də, sonuncu penaltini Bukayo Saka dəqiq yerinə yetirə bilmıəyib. Beləliklə, İtaliya millisi tarixində ikinci dəfə Avropa çempuionu olub.