Rusiya Futbol Federasiyası Avropa çempionatında uğursuz çıxışdan sonra yığmanın baş məşqçisi Stanislav Çerçesovla yolları ayırıb.
57 yaşlı mütəxəsislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna əsas səbəb kimi də elə Avropa çempionatında uğursuzluq göstərilib. Xatırladaq ki, turnirin ev sahiblərindən olan şimal qonşularımız qitə yarışının qrup mərhələsində sonuncu olmuşdu. Ölkənin Futbol Federasiyası millini dünya çempionatının seçmə mərhələsinə hazırlamaq üçün baş məşqçi axtarışlarını davam etdirir. Xatırladaq ki, Çerçesov 2016-cıildən Rusiya seçməsinin “sükanı arxası”nda idi.