İyulun 8-də “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”da növbəti turun partiyaları oynanılıb.
Şəhriyar Məmmədyarov növbəti qarşılaşmalarda ağ fiqurlarla keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla heç-heçə edib. Günün sonuncu görüşündə isə şahmatçımız Polşa təmsilçisi Yan-Kşiştov Dudaya məğlub olub.
Ötən 6 turun nəticəsinə görə, Ş.Məmmədyarov 5 xalla yeddinci pillədə qərarlaşıb.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışı "Superbet Chess Classic Romania"nın qalibi olub.