Gələn il Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında Milli Xokkey Liqası üzvlərinin iştirak edəcəyi hələ də sual altındadır. Beynəlxalq  Olimpiya Komitəsi və Beynəlxalq Xokkey Federasiyası dünyanın ən güclü xokkeyçilərinin Pekinə gəlməsinə maraqlı olsa da, MXL konkret cavab verməkdə çətinlik çəkir. Liqa rəhbərliyi 4 il əvvəl olduğu kimi yenə də müəyyən tələblərlə çıxış edir. 2018-ci ildə Pxençxanda keçirilən Olimpiadada Beynəlxalq Olimpiya Komitəsi sığorta haqqlarını ödəmədiyinə görə MXL öz oyunçularını Olimpiadaya buraxmamışdı. Bu dəfə də eyni təhlükə gözlənilir. Mətbuata açıqlama verən MXL-in rəhbəri Qeri Bettmen tələblərinin dəyişməyəcəyini söyləyib:  “Yol xərcləri və sığorta haqqları ilə bağlı məsələ üzərində işləyirik. Tələblərimiz yerinə yetirilsə, Olimpiadaya gedəcəyik. Nəzərə alaq ki, indi COVİD 19 problemi də oryaya çıxıb. Sığorta ilə bağlı müqaviləyə bu maddə də artırılmalıdlır. Əks halda, bizi Pekində gözləməyə dəyməz”. 

Xatırladaq ki, ilk dəfə MXL oyunçuları 1998-ci ildə Naqano Olimpiadasında debüt edib və 2014-cü ilə qədər bu liqanın oyunçuları Qış Olimpiadasına qatılıb.