Avropa çempionatının yarımfinal mərhələsinin digər görüşü də Londonda keçiriləcək.

Söhbət İngiltərə - Danimarka matçından gedir. İngilislər bu qarşılaşmanın favoriti hesab olunurlar. Qaret Sautqeytin komandasının maraqlı statistikası var. Belə ki, İngiltərə futbolçuları Avro 2020-nin həm qrup mərhələsində, həm də pley-offunda qol buraxmayan yeganə komandadır. Onlar qrupu 7 xalla lider bitiriblər. 1/8 finalda Almaniya millisini  2 cavabsız qolla mübarizədən kənarlaşdıran İngiltərə seçməsi daha sonra Ukrayna komandasını 4-0 hesabı ilə məğlub edib. Baş məşqçi Qaret Sautqeyt Danimnarka yığması ilə görüşə tam hazır olduqlarını bildirib: “Biz doğma meydanda oynayacağıq. BU, bizim üçün üstünlükdür. Amma rəqibin dinamik və sürətli olduğunu unutmayaq. Yarımfinala yüksələn heç bir komandaya zəif demək olmaz. Arxaynlaşmamalıyıq. Müdafiədə diqqətli olacağıq. Azarkeşləri fantastik görüş gözləyir”.

Danimarka millisi usə qrupda son oyunda qələbə qazanaraq pley-ofa yüksəlib. Burada Uels və Çexiya seçmələrini mübarizədən kənarlaşdıran danimarkalılar bu dəfə daha çətin sınaq qarşısındadırlar.

Danimarka millisinin baş məşqçisi Kasper Hyulmand bunlarıb söyləyib: “Yarımfinal matçına çıxmağımıza baxmayaraq bu oyuna final kimi baxırıq. Əlimzidən gələni edəcəyik ki, sonda sevinən tərəf biz olaq. Hamımız inanırıq. Rəqibin kimliyindən aslı olmayaraq sonadək müabnrizə aparacağıq".

Qeyd edək ki, Londonda keçiriləcək İngiltərə - Danimarka matçı bu gün saat 23-də başlanacaq və oyunu niderlandlı Denni Makkeli idarə edəcək.