Avropa çempionatının yarımfinal mərhələsinin ilk görüşü keçirilib.
Turnirin əsas favoritlərindən sayılan İtaliya və İspaniya milliləri üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsində tərəflər çox çalışsalar da, fərqlənə bilmıəyiblər. Fasilədən sonra italiyalılar istəklərinə nail olublar. 60-cı dəqiqədə hesab açılıb. Federiko Kyezanın zərbəsi qarşısıalınmaz olub. Hesabda geri düşən İspaniya seçməsi qalan vaxtda hücumlarını dfaha da gücləndirib. Bunun nəticəsi kimi 80-ci dəqiqədə tarazlıq bərpa olunub. Qrup mərhələsindəki çıxışına görə tənqid olunan Alvaro Morata rəqib qapısına yol tapıb. 1-1. Əsas vaxct bu hesabla yekunlaşıb. Əlavə hissələrdə isə qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər sriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Roberto Mançinin komandası finala yüksəlib. İtaliya yığması finalda İngiltərə - Danimarka matçının qalibi ilə qarşılaşacaq.