Xokkey üzrə Latviya millisi və MXL-də mübarizə aparan “Kolambus Blyu Cekets”in qapıçısı Matis Kivlenieks həlak olub.

24 yaşlı xokkeyçi Kolambusdakı komanda yoldaşları ilə birgə atəşfəşanlıq mərasimində iştirak edərkən fişəngin ona tərəf tuşlandığını görərək qaçmağa çalışıb.  Nəticədə hündür yerdən yıxılan Kivlenieks  hadisə yerində keçinib. Xatırladaq ki, Matis bu il Riqada keçirilən xokkey üzrə dünya çempionatında Latviya millisinin şərəfini qorumuş və 4 oyunda meydana çıxmışdı.