Bakının “Sabah” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.
25 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, forvard 2020-ci ilin fevralından “Sabah”ın formasını geyinib. R.Şeydayev bu komandada keçirdiyi 29 oyunda 6 qola imza atıb.