İyunun 25-dən 27-dək İstanbulda Yaşar Doğunun xatirə turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verilir ki, ənənəvi yarışda yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov (97 kq) qüvvəsini sınayacaq.
Bu, Olimpiada öncəsi titullu güləşçimiz üçün sonuncu turnir olacaq.