Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə ASAN könüllüləri arasında Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, Binəqədi rayonunda yerləşən “AzFar” stadionunda keçirilən turnirdə 6 komanda iştirak edib.

Turnirdə “ASAN Sumqayıt” komandası birinci olub. İki saylı ASAN və 1 saylı ASAN komandaları ilk üçlüyü tamamlayıblar.

Qalib və mükafatçı komandalara Baş İdarə tərəfindən diplom və medallar təqdim edilib.