Futbol üzrə Avro-2020 çempionatında Portuqaliya-Macarıstan matçı ərəfəsində keçirilmiş mətbuat konfrasında portuqaliyalı futbolçu Kriştianu Ronaldu bu çempionatın sponsorlarından biri olan Coca-Cola şirkətinin şüşəsini özündən uzaqlaşdırıb. Xəbər verilir ki, Ronaldu qazlı şirin su ilə dolu şüşəni uzaqlaşdıraraq adi su ilə dolu şüşəni özünə yaxın çəkib və zaldakı insanlara müraciətlə “su için” deyib. Futbolçunun bu hərəkəti Coca-Cola şirkətinin reputasiyasına ciddi zərbə vurub. Belə ki, cümə günü fond birjasında hərrac bağlanan vaxt Coca-Cola səhminin qiyməti 56,16 dollardan 55,24 dollara düşüb, yəni 1,6 faiz azalıb. Beləliklə, şirkət təqribən 4 milyard dollar itirib.