UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib. AFFA-nın rəsmi saytına istinadən məlumata görə, sloveniyalı funksioner bu gün Bakı Olimpiya Stadionunda olacaq. O, AVRO-2020-də A qrupunun Türkiyə - Uels oyununu izləyəcək. Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.