Fransanın paytaxtı Parisdə “Böyük dəbilqə” seriyasından olan ikinci turnir (Roland Garros) başa çatdı. Serbiyalı Novak Cokoviç dörd saatdan çox davam edən görüşdə 0:2 hesabı ilə geridə olduğu halda, yekunda Yunanıstan tennisçisi Stefanos Tsitsipas üzərində qələbə qazandı. Xəbər verilir ki, Novak Cokoviç artıq ikinci dəfədir Roland Garros turnirinin qalibi olur. Beləliklə, serb tennisçi “Böyük dəbilqə” seriyasından olan dörd turnirin hər birində azı iki dəfə qələbə qazanan ilk tennisçi kimi tarixə düşüb. Novak Cokoviç Fransa açıq çempionatında əvvəlki uğuru 2016-cı ildə əldə etmişdi. Serbiyalı yarımfinalda Fransa açıq çempionatının 13 qat qalibi ispan tennisçi Rafael Nadal üzərində qələbə qazanıb. Bu, ispaniyalının karyerası ərzində “Roland-Qarros” turnirində üçüncüsü məğlubiyyəti idi. Torpaq kortun kralı sayılan Nadal bundan öncə Parisdə yalnız Novak Cokoviçə və isveçli Robin Soderlinqə uduzmuşdu. “Böyük dəbilqə”nin 20 qat qalibi Rocer Federer isə turniri yarımçıq tərk edib. İsveçrəli bunu uzun sürən görüşlərə hələ hazır olmadığı və Wimbledon (Britaniya açıq çempionatı) turnirinə hazırlaşmalı olduğu ilə əsaslandırıb. Novak Cokoviç “Böyük dəbilqə” turnirlərində hər birinin 20 titulu olan Rocer Federer və Rafael Nadala çatmaq üçün bu seriyadan olan daha bir çempionatda qalıb gəlməlidir.