Kiyevdə Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinə yekun vurulub.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə keçirdiyi ilk oyunda Ukrayna yığması üzərində 1:0 hesablı qələbə qazansa da, ertəsi gün Özbəkistan yığması ilə qarşılaşmada eyni hesabla məğlub olub. Turnirin son oyununda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən Özbəkistan komandası xatirə turnirinin qalibi olub. Milli komandamız isə ikinci yeri tutub.