21 yaşadək futbolçularımız Avropa çempionatının seçmə mərhələsindən əvvəl hazırlıq xarakterli Lobanovski turnirində mübarizə aparırlar.
Milan Obradoviçin komandası ilk matçda meydan sahibi Ukrayna millisi ilə üz-üzə gəlib. Rəqibi lap əvvəldən müdafiəyə çəkilməyə məcbur edən futbolçularımız 2-ci dəqiqədə təhlükəli hücumla yadda qalıblar. Təzyiqini azaltmayan seçməmiz 17-ci dəqiqədə istəyinə nail olub. Cərimə zərbəsindən sonra ötürülən topu müdafiəçi Aqşin Qurbanlı qapıya vurub. Qoldan sonra irəli atılan ukraynalılar bir neçə epizodda fərqlənməyə yaxın olsa da, qolkiperimiz Nicat Mehbalıyev qola imkan verməyib. Bununla da futbolçularımızın minimal hesabla qalib gəliblər. Komandamızın Lobanovski turnirində bu gün Özbəkistan kollektivi ilə görüşəcək.