Latviyanın paytaxtı Riqada xokkey üzrə dünya çempionatında növbəti oyunlar olub.  Mundialın 4-cü günündə də azarkeşlər gözlənilməz sonluqla başa çatan qarşılaşmaların şahidi olublar.  A qrupunun lideri Rusiya millisi 17 ildən  sonra Slovakiya seçməsinə məğlub olub. İlk periodda hesab açılmayıbsa, fasilədən sonra komandalar hərəyə bir dəfə fərqlənib. Sonuncu hissədə Slovakiya xokkeyçiləri  təşəbbüsü ələ alaraq daha iki qol vurublar. 3:1.

   İlk iki oyunda məğlub olan Çexiya yığması isə nəhayət azarkeşlərini sevindirib. Onlar Belarus komandasını məğlub edib. Gərgin keçən görüşdə çexlər 3-2 hesablı qələbə qazanıblar. 3 turdan sonra Slovakiya yığması 9 xalla a qrupunun lideridir. İsveçrə və Rusiya milliləri 6 xalla 2-3-cü yeri bölüşdürür.

 B qrupunda isə Kanada millisi xokkey ictimaiyyətini təəcübləndirməkdə davam edir. İlk iki turda Latviya və Amerika Birləşmiş Ştatları yığmalarına məğlub olan kanadalılar bu dəfə Almaniya seçməsi ilə bacarmayıb. Ilk 11 dəqiqədə qapısında iki şayba görsə də, kanadalılar fasiləyə qədər fərqi azalda bilib. Sonrakı dəqiqələrdə şimali amerikalılar qapısından daha bir şayba  buraxıb. Almaniya – Kanada 3:1.  Kanada millisinin turnir cədvəlinin son pillələlərində qonşusu olan İtaliya yığması da ardıcıl 3-cü məğlubiyyəti ilə üzləşib. Appeninlilər bu dəfə meydan sahibi Latviya millisinə 0:3 hesabı ilə uduzublar. 3 turdan sonra B qrupuna 9 xalla  Almaniya millisi başçılıq edir. Latviya yığması 7 xalla 2-ci pillədə qərarlaşıb.