Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak edəcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyası rəsmi saytında məlumat dərc edib.

34 yaşlı qrossmeyster 2019-cu ildə Dünya Kuboku yarışının qalibi kimi turnirə dəvət olunub. Qərarı FIDE Şurasının üzvləri qəbul edib.

Digər iştirakçılar hələ müəyyənləşməyib.

Qeyd edək ki, Teymur Rəcəbov ötən il koronavirusun yayılması səbəbindən iddiaçılar turnirindən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərində təşkil olunan yarış    2020-ci martın 26-da yarımçıq dayandırılmışdı.  Bu il bərpa olunaraq tamamlanan turnirdə rusiyalı Yan Nepomnyaşi ali mükafata yiyələnib.