Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində saga 5 tur keçirilib.
Azərbaycan qrossmeysterlərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bir-birləri ilə üz-üzə gəliblər. Görüş heç-heçə ilə yekunlaşıb.
Məmmədyarov daha sonra qara fiqurlarla erməni Levon Aronyanı, Rəcəbov isə ağ fiqurlarla İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşini məğlubiyyətə uğradıb.
8-ci turda Teymur ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə, Şəhriyar Nepomnyaşi ilə heç-heçə edib.
9-cu turda Məmmədyarov qara fiqurlarla So ilə, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla "sülh"ə razılaşıb.
10-cu turda o ağ fiqurlarla argentinalı Alan Piçotu, Məmmədyarov Vaşye-Laqrava qalib gəlib.
Beləliklə, 10 turdan 6 xal yatım toplayan teymur Rəcəbov amerikalılar Fabiano Karuana və Hikaru Nakamura ilə birgə ilk 3 yeri bölüşür. Şəhriyar Məmmədyarov 5 xalla 16 şahmatçı arasında 10-cu pillədədir
Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min bitkoin bonusdur.