Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində saga 5 tur keçirilib.

Azərbaycan qrossmeysterlərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bir-birləri ilə üz-üzə gəliblər. Görüş heç-heçə ilə yekunlaşıb.

Məmmədyarov daha sonra  qara fiqurlarla erməni Levon Aronyanı, Rəcəbov isə ağ fiqurlarla İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşini məğlubiyyətə uğradıb. 

8-ci turda Teymur ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə, Şəhriyar Nepomnyaşi ilə heç-heçə edib.

9-cu  turda Məmmədyarov qara fiqurlarla So ilə, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla "sülh"ə razılaşıb.

10-cu turda o ağ fiqurlarla argentinalı Alan Piçotu, Məmmədyarov Vaşye-Laqrava qalib gəlib. 

Beləliklə, 10 turdan 6 xal yatım toplayan  teymur Rəcəbov amerikalılar Fabiano Karuana və Hikaru Nakamura ilə birgə ilk 3 yeri bölüşür. Şəhriyar Məmmədyarov 5 xalla 16 şahmatçı arasında 10-cu pillədədir

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min bitkoin bonusdur.