Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklər arasında 56-cı Avropa çempionatı davam edir.
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) finalda Yunanıstan təmsilçisi Vasiliki Panetsiduya qalib gələrək Avropa çempionu olub.
Rafael Ağayev (75 kq) finalda Ukrayna təmsilçisi Stanislav Horunaya uduzaraq gümüş medalla kifayətlənməli olub. Komandamızın digər üzvü Pənah Abdullayev (84 kq) də qitə çempionatında ikinci yeri tutub. O, finalda türkiyəli rəqibi Uğur Aktaşa məğlub olub.