Cenevrədə kişi tennisçilər arasında beynəlxalq turnir keçilir. Artıq yarımfinalçılar məlumdur.  ¼ finalda ispaniyalı Pablo Anduxar Alba ilə iveçrəli Dominik Stefan Striker üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş 2 saatdan çox davam edib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan isveçrəli raketka ustası birinci setdə qələbə qazanıb: 6:4. Sonradan üstünlüyə yiyələnən ispaniyalı idmançı əzmkar oyunla diqqət çəkib. İkinci hissədə 6:4 hesabı ilə qalib gələn Pablo sonuncu setdə də eyni hesabla qələbə qazanıb. Beləliklə, o, yarımfinala yüksəlib.

Daha bir görüşdə norveçli Kasper Ruud almaniyalı Dominik Köpferlə qarşılaşıb. Bu duel də əzmkar oyunla yadda qalıb. Belə ki, ilk setdə Köpfer 6-2 hesabı ilə qalib gəlib. Amma ruhdan düşməyən Kasper Rud növbəti hissələrdə daha dəqiq olaraq adını yarımfinalçılar siyahısına yazdırıb.