Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaqlar. Artıq idmançılarımızın ilk rəqibləri də məlumdur. Belə ki, 55 kq-da Zaur Əliyev startda Rumıniya təmsilçisi ilə üz-üzə gələcək. 63 kq-da Zaur Nuriyev də rumniyalıya qarşı mübarizə aparacaq. 87 kq-da Laçın Vəliyev polşalı rəqibilə qarşılaşacaq. Ən ağır çəkidə - 130 kq-da Sərxan Məmmədov isə Serbiya güləşçisi ilə xalça üzərinə çıxacaq. Yarışa mayın 23-də yekun vurulacaq.