Xorvatiyanın Poreç şəhərində karate üzrə Avropa çempionatı başlanıb.
İlk yarış günündə 3 karateçimiz finala yüksəlib. 75 kqda çıxış edən Rafael Ağayev və 84 kqda Pənah Abdullayev həlledici görüşə vəsiqə əldə ediblər. Rafael Ağayev finalda ukraynalı Stanislav Horuna ilə, Pənah Abdullayev isə Türkiyəli Uğur Aktaşla qarşılaşacaq. 84 kqda isə Asiman Qurbanlı bürünc medal uğrunda yarışacaq. Fərdi kata turnirində isə Roman Heydərov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun 3-cü yer uğrundakı rəqibi italiyalı Mattio Busatodur. Qadınların mübarizəsində isə 68 kqda İrina Zaretska ehtimalları doğruldub. O, qızıl medal uğrunda qarşılaşamada Yunanıstan karateçisi ilə üz-üzə gələcək.