İtaliya millisinin baş məşqçisi Roberto Mançini “skuadra adzurra” ilə yeni müqavilə imzalayıb.
Yeni sövdələşməyə əsasən o, 2026-cı ilə qədər komandanın uğurları üçün çalışacaq. Təcrübəli mütəxəssis 2018-ci ildən İtaliya millisinin “sükanı arxasında”dır. Appennin təmsilçisi Roberto Mançininin rəhbərliyi ilə seçmə mərhələni maksimum nəticəylə tamamlayaraq Avropa çempionatına vəsiqə qazanıb.