Şahmat üzrə Azərbaycan çempionatı ilk dəfə Bakıdan kənarda, Naxçıvanda təşkil olunur.
Kişilərin mübarizəsində 11 turdan sonra ilk 4 yeri tutan şahmatçılar yarımfinala yüksəlib. Bunlar Vasif Durarbəyli, Nicat Abbasov, Eltac Səfərli və Nicat Məmmədov olub. Vasif Nicat Məmmədovla mübarizə aparıb. Rəqibindən üstün olan Durarbəyli 2-0 hesabı ilə qalib gələrək finala yüksəlib. Nicat Abbasov isə Eltac Səfərli ilə üz-üzə gəlib. Bu dueldə isə Abbasov qələbə qazanıb. O, 3-1 hesabı ilə üstün olub. Beləliklə, sabah finalda Nicat Abbasovla Vasif Durarbəyli üz-üzə gələcək. Çempionatın qalibi dünya kubokuna vəsiqə qazanacaq. Qadınların turniri isə mayın 20-dən 31-dək keçiriləcək.