Moto GP üzrə dünya çempionatında mövsümün 5-ci yarışı geridə qalıb.
Fransanın Le Man şəhərində keçirilən Qran-pridə “Dukati” pilotu Cek Millier 47 dəqiqə 25 saniyəyə finiş xəttini keçərək birinci yeri tutub. Bu avstraliyalı pilotun cari mövsüm ardıcıl 2-ci qələbəsidir. O, 2 həftə əvvəl İspaniya Qran-prisinin də qalibi olmuşdu. Millerin komanda yoldaşı Joan Zarko ondan 3 saniyə geri qalaraq finiş xəttini ikinci keçibsə, “Yamaha” piltou Fabio Kuartararo 3-cü yeri tutub. Qətər və Portuqaliya Qran-prilərində qalib gəldikdən sonra İspaniyada 13-cü yeri tutan Kuartaro bu dəfə fəxri kürsüyə çıxmaqla ümumi sıralamada liderliyə yüksəlib. Bu yarışda 4-cü yeri tutan “Dukati” pilotu Françesko Banyaya nəticədə ikinci pilləyə yuvarlanıb. Onun komanda yoldaşı Joan Zarko isə sıralamada 3-cü yerdə qərarlaşıb. Komanda yarışında isə “Dukati” 110 xalla ilk sıradadır. “Yamaha” 107 xalla 2-ci, “Suzuki” isə 53 xalla 3-cü yerdədir. Növbəti yarış mayın 30-da İtaliyada keçiriləcək.