Almaniya bundesliqasında çemionluğunu təmin edən “Bavariya” 33-cü turda səfərdə “Frayburq”un qonağı olub.
26-cı dəqiqədə Robert Levandovski penaltidən lazımınca istifadə edib. Qeyd edək ki, çempionatın ən sərrast futbolçusu Levandovski mövsüm ərzində qollarının sayını 40-a çatdıraraq əfsanəvi Herd Müllerin rekordunu təkrarlayıb. Qeyd edək ki, Müller 1971-1972-ci illər mövsümündə 40 qol vurmuşdu. Yarım saatın tamamında Manuel Qulde hesabı bərabərləşdirib. 1:1. Fasilədən sonra 53-cü dəqiqədə Leroy Sane Tomas Müllerin ötürməsini qolla tamamlayıb. Lakin ruhdan düşməyən Fraybuq təmsilçisi 81-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Kristian Qünter yekun nəticəni müəyyənləşdirib. “Frayburq” – “Bavariya” 2:2.
33 turdan sonra xallarının sayını 75-ə çatdıran “Bavariya” liderdir və ən yaxın rəqibi “Leyptsiq”i 11 xal qabaqlayır. İlk üçlüyü 60 xalla “Volfburq” tamamlayır. “Borussiya” Dortmund isə 58 xalla 4-cüdür.