İngiltərə Premyer Liqasında 33-cü turun “Lester Siti” – “Kristal Pelas” matçında müsəlman futbolçulara iftar açmağa icazə verilib.

“Tülkülər”in heyətində Uesli Fofana, London futbolçularından isə Şeyku Kuyate iftarını elə meydanda açıb. Baş hakim Qrem Skot bunun üçün görüşün 35-ci dəqiqəsində oyunçuların enerji içkisi qəbul etməsinə icazə verib. Bu, İngiltərə premyer liqası üçün tarixi hadisə olub. Çünki indiyə qədər yalnız kapitanların razılığı ilə fasiləyə imkan verilirdi.  Oruc tutan oyunçular qarşılaşmadan sonra təşkilatçılara və”Kristal Pelas” klubuna təşəkkür ediblər. Çempionatın təşkilatçıları bütün hakimlərdən müsəlman futbolçulara oyunlar zamanı bu imkanın verilməsini tələb edir.

 Qeyd edək ki, “Lester Siti” – “Kristal Pelas” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekulaşmışdı.