Koronavirus pandemiyasına görə Kanada Qran-prisi bu mövsüm də ləğv edilib.
Ötən il Kanadada epidemioloji vəziyyətin ağır olmasına görə yarış baş tutmamışdısa, bu dəfə təşkilatçılar bir qədər fərqli səbəbdən Qran-pridən imtina etmək qərarına gəlib. Ölkədə hazırda qüvvədə olan qanunlara əsasən, Kanadaya gələn əcnəbilər iki həftəlik karantinə alınmalıdır. Bu isə Formula 1 rəhbərliyinə sərf etmir. Kanadalılar yarış iştirakçıları üçün güzəşt tətbiq etməyəcəklərinə görə, onu bu il də keçirməkdən imtina ediblər. Kanadalıların bu qərarından sonra Formula 1 rəhbərliyi bu yarışı Türkiyəyə həvalə edib. Maralqıdır ki, ötən mövsüm də İstanbuldakı yarış məhz digərlərinin geri çəkilməsi səbəbindən təşkil edilmişdi. Ötən il Türkiyə Qran-prisi noyabrın 13-dən 15-ədək keçirilmişdisə, bu dəfə İstanbuldakı yarış iyunun 11-dən 13-dək davam edəcək. Bu da o deməkdir ki, komandalar Azərbaycan Qran-prisindən dərhal sonra Türkiyəyə yolla düşəcək.