Formula 1-də bu mövsümdən etibarən sprint yarışları olacaq. Qurum artıq bu planı təsdiq edib.

Formula 1 komissisyasının iclasında bu mövsüm təsnifat mərhələsinin əvəzinə 3 sprint yarışının keçirilməsi ilə bağlı qərar qəbul olunub. Yeni Turnirlərdən 2-nin Avropada, birinin isə başqa qitədə təşkil ediləcəyi bildirilib. Sprint yarışlarının formatına gəlincə, cümə günü sərbəst yürüşlərin əvəzinə bu mərhələnin təsnifatı keçiriləcək. Yekun nəticələrə əsasən, komandalar start mövqeyini tutacaq. Sprint yarışlarının nəticəsi isə finalın sıralamasını müəyyənləşdirəcək. Yeni turnirin qalibi 3, ikinci yerin sahibi 2, üçüncü yeri tutan isə 1 xal qazanacaq. Formatın təsdiqlənməsindən sonra FİA prezidenti Jan Todt mətbuata açıqlama verib. O, Formula 1-ə marağın artması üçün belə bir addım atdıqlarını deyib.