Martın 21-də Latviyada start götürəcək xokkey üzrə dünya çempionatının reqlamentində dəyişikliklər baş verib.
Riqada keçiriləcək çempionatın formatı dəyişməz olaraq qalsa da, oyunçuların sayı ilə bağlı narahatlıqlar var idi. Məsələ ondadır ki, MXL-də çıxış edən xokkeyçilər əvvəlki illərdə olduğu kimi mundialda çoxluq təşkil etməyəcəkdi. Doğrudur, liqa rəhbərliyi onlara dünya çempionatında iştirak etməyə problem yaratmasa da, buna limit müqabilində razılıq verib. Belə ki, pandemiya səbəbindən müntəzəm çempionatın oyunları planlaşdırıldığı kimi mayın 9-da deyil, 16-da başa çatacağından xokkeyçilərin Avropaya normal qaydada gəlməsində problem yaranıb. Nəzərə alaq ki, Riqaya gələcək xokkeyçilər 5 gün də karantinə alınacaq. Bu isə oyunçuların tam şəkildə hazırlıq keçməsinə mane olur. Ona görə də Beynəlxalq Xokkey Federasiyası hər bir yığmaya sadəcə 6 MXL oyunçusu sifariş etmyə icazə verib. Amma bunun müqabilində ali xokkey qurumu komandalara müəyyən güzəştlər də edib. Adətən mundialda komandalar 25 oyunçu sifariş edə bilirdisə, bu dəfə say 28-ə yüksəlib. Xatırladaq ki, mayın 21-də start götürəcək çempionat iyunun 6-da yekunlaşacaq.