Elektromobil pilotlarının mübarizə apardığı Formula E yarışında mövsümün 6-cı qran-prisi keçirilib.
Təsnifatda bütün rəqiblərini qabaqlayan britaniyalı Ceyk Dennis final mərhələsində də uğur qazanıb. “BMV” komandasının üzvü yarışı 46 dəqiqə, 32,002 saniyəyə tamamlayaraq Valensiya Qran-prisinin qalibi olub. “Porşe”nin şərəfini qoruyan almaniyalı Andre Lotterer 2-ci nəticə göstərib. O, liderdən 1,483 saniyə geri qalıb. “Mahindra Reysinq”dən britaniyalı Aleks Linn ilk 3-lüyü tamamlayıb. Maraqlıdır ki, bu idmançılardan heç biri ümumi cədvəldə liderlər qrupunda deyil. Hazırda “Mersedes” komandasından niderlandlı Nik De Vris pilotların ümumi siyahısına başçılıq edir. Formula E üzrə dünya çempionatının 7-ci mərhələsi Monakoda olacaq.