Ralli üzrə dünya çempionatının növbəti mərhələsi Xorvatiyada təşkil olunub.

Yarışda “Toyota” pilotu Sebastiyan Ojye qələbə qazanıb. Təcrübəli idmançı ralllinin ilk mərhələsindən komanda yoldaşı Elfin Evansla mübarizə aparıb. Rallinin sonuncu günü xüsusu məqamlarla yadda qalıb. Belə ki, Sebastiyan Ojye döngələrdən birində qəza törədib. Ancaq fransalı sürücü polisin gəlməsini gözləməyərək hadisə yerindən uzaqlaşıb. Çünki təcrübəli idmançıya qarşıdakı xüsusi əraziyə çatmaq lazım idi. Bu hərəkəti Ojyeyə növbəti mərhələ üçün şərti cəza 7 min avroluq cəriməyə başa gəlib. Yekunda Sebastiyan Ojye Elfin Evansı 0,6 saniyə qabaqlayaraq finişə birinci çatıb. 3-cü yeri “Hyundai” komandasının pilotu Tyerri Nevil tutub.

Bu qələbə sayəsində Nevill ümumi sıralamada da liderliyi ələ keçirib. Hazırda o, 61 xalla birinci pillədədir. “Hyundai” komandasının belçikalı pilotu Tyeri Nevill 53 xalla ikinci, “Toyota”nın digər nümayəndəsi britaniyalı Elfin Evans isə 51 xalla 3-cüdür.