İmola Qran-Pirisində Valtteri Bottasla Corc Rassell arasında qəza nəticəsində bolidlərə dəyən ziyanın məbləği məlum olub.
Almaniya mətbuatının məlumatına görə, qəza nəticəsində “Mersedes”lə “Uilyams” birlikdə 1 milyon avroya yaxın ziyana uğrayıb. Xatırladaq ki, qəzadan sonra hər iki pilot bir-birini günahlandırsa da, stüardlar onları cəzalandırmayıb. Onların qənaətinə görə, tərəflər qəza vəziyyəti zamanı manevr edə bilməzdilər.