Kişi tennisçilərin Barselona turnirində 1/8 final mərhələsi başa çatıb.

Diqqət çəkən əsas oyunda torpaq kortlarda rəqib tanımayan ispaniyalı Rafael Nadal yaponiyalı Kei Nisikori ilə qarşılaşıb. Əvvəlcə rəqibinə 1 geymdə belə uduzmayan Nadal  2-ci bölümdə məğlub olub. Amma ispaniyalı raketka ustası həlledici bölümü qalib tamamlayaraq 1/4 finala çıxmağa nail olub.

Qadın tennisçilər isə Ştutqart  turnirində çıxış edirlər. 1/8 finalda ali mükafata iddialı rumıniyalı Simona Halep çexiyalı Marketa Vondrousovaya gücünü göstərib. Rumıniyalı tennisçi 2 setdə qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Belaruslu Arina Sobalenko  da gözlənildiyi kimi asan qələbə qazanıb. O, almaniyalı Anna-Lena Fridzamı mübarizədən kənarlaşdırıb. Sobalenko aşağı reytinqli rəqibini 2 setin yekununda məğlub edərək 1/4 finala yüksəlib.