Aprelin 22-dən 30-dək Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim məşq toplanışı keçiriləcək.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Hazırlıq prosesinə əsasən ölkə klublarında çıxış edən futbolçular çağırılıb. Heyətdə yeganə legioner həyatı yaşatyan futbolçu “Kasımpaşa”nın üzvü Kamal Kazımovdur. Adıçəkilən oyunçu da paytaxtdakı toplanışda iştriak edəcək. Toplanış çərçivəsində U-19-un bir neçə yoxlama oyunu da keçirməyi nəzərdə tutulur.