Sərbəst güləşçilərimizdən 3-ü Polşanın paytaxtı Varşvada təşkil olunan Avropa çempionatında fərqlənib. 70 kq-da Turan Bayramov finala qədər irəliləsə də, həlledici qarşılaşmada rusiyalı rəqibilə bacarmayıb. Beləliklə idmançımız gümüş medalla kifayətlənib. 

65 kq-da Əli Rəhimzadə bürünc medal uğrunda qarşılaşmada ukraynalı rəqibindən üstün olaraq qitə çempionatında 3-cü yeri tutub. 

57 kq-da çıxış edən Əfqan Xaşalov da eyni uğura nail olub. O, belarus idmançısına gücünü göstərib. 

Azəfbaycan millisi 3 mükafatla hazırda komanda hesabında Rusiya seçməsindən sonra 2-ci yerdədir.