"Bavariya", "Borussiya" Dortmund və PSJ hələ də Avropa Superliqasına qoşulma fürsətini saxlayır.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə turniri yaradan klubların imzaladığı müqavilə yayımlanıb. "Bavariya", "Borrusiya" və PSJ-nin Superliqanın qurucu klubları ola biləcəyi vurğulanır. Alman klublarının turnirdə iştirak etmək üçün dəvəti qəbul etmələri üçün 30 gün vaxt veriləcək. Paris təmsilçisinin isə 14 günü olacaq. Daha əvvəl bu klubların Superliqada iştirak etməkdən imtina etdiyi açıqlanmışdı. Xatırladaq ki, Avropanın on iki komandası Super Liqanın yaradıldığını bəyan edib. Qərarı “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus” klubları qəbul edib. Bu hadisə UEFA-nın kəskin etirazına səbəb olub.