Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Millimiz “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda yığma komanda 1:2 hesabı ilə məğlub olub. U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib. Millimz hazırlıq çərçivəsində növbəti oyununu aprelin 21-də I Divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək.