Fransa çempionatının 33-cü turunda PSJ növbəti qələbəsini qazanıb.

Paytaxt klubu doğma meydanda “Sent-Etyen”i məğlub edib. İlk hissədə hesab açılmasa da, son 15 dəqiqədə 5 qol vurulub. Hesabı 78-ci dəqiqədə “Sent-Etyen”in futbolçusu  Deni Buanqa açıb. Cəmi 1 dəqiqədən sonra tarazlıq bərpa olunub. Kilian Mbappe qapını dəqiq nişan alıb. 87-ci dəqiqədə meydan sahibləri hesabda önə keçiblər. Mbappe bu dəfə penaltini dəqiq yerinə yetirib. Görüşün 2-ci hissəsinə 5 dəqiqə əlavə edilib ki, bu vaxt ərzində də daha 2 qol vurulub. Əvvəlcə Romen Amuma hesabə bərabırləşdirib. Amma Mauro İkardi fərqlənərək PSJ-yə 3:2 hesablı qələbə qazandırıb. Bununla da Paris klubu lider “Lill”ə xal fərqini 1-ə endirib.