Avropanın on iki futbol klubu Super Liqanın yaradıldığını bəyan ediblər.

Qərarı İngiltərədə “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyada  “Barselona”, “Atletiko” və “Real”, İtaliyadan isə “Milan”, “İnter” və “Yuventus” klubları qəbul edib. Almaniyanın "Bavariya", "Leyptsiq" və Portuqaliyanın "Portu" klubu da Superliqaya qoşula bilər. "Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri təyin edilib Onun müavinləri “Yuventus”un prezidenti  Andrea Anyelli və “Mançester Yunayted” rəhbəri Coel Qleyzer olacaq. Qeyd edək ki, Super Liqa Avropanın ən yaxşı 20 klubunu öz himayəsi altında birləşdirmək məqsədi ilə yaradılıb.  Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək.

UEFA və FIFA isə bu turnirin əleyhinə çıxıb. UEFA-nın açıqlamasında qeyd edib ki, qərarın qəbul edilməsində iştirak edən klublar öz ölkələrindəki milli turnirlərin, həmçinin UEFA-nın himayəsində olan yarışların iştirakçıları siyahısından çıxarılacaq. Bəyanat İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən də hazırlanıb.