Bolqarıstanın paytaxtı Sofiyada taekvondoçuların Avropa çempionatı başa çatıb. Yarışın sonuncu günü 2 idmançımız mübarizə aparıb. 87 kq-dan yuxarı çəkidə olimpiya çempionumuz Radik İsayev startda serbiyalı taekvondoçuya qalib gəlsə də, 1\4 finalda ispaniyalı atletlə bacarmayıb.
87 kq-da isə Payam Qobadi Oğaz Yunanıstan idmançısını məğlub edəndən sonra serbiyalı rəqibinə uduzub. Azərbaycan milıisi Avropa çempionatını 2 medalla tamamlayıb. Kişi 80 kq-da yarışan taekvondoçularımızdan Milad Beigi Hərçəqani gümüş medala yiyələnib. Qadınların turnirində isə 46 kq çəki dərəcəsində Minayə Əkbərova bürünc mesalın sahibi olub. Bununla seçməmiz komanda hesabında Yunanıstan millisiylə birgə 12-ci nəticə göstərib.