İspaniya La Liqasında 29-cu tura Baskoniya derbisiylə yekun vurulub. “Real Sosyedad” və “Atletik” komandaları arasında gərgin mübarizənin birinci hissəsində qapılara 1 dəqiq zərbə belə endirilməyib. Fasilədən sonra isə bu vəziyyət dəyişib. Qollar sona yaxın vurulub. Matçın başa çatmasına 5 dəqiqə qalmış Asyer Vilyalibre “Atletik”i önə çıxarıb. Amma qonaqlar sərfəli hesabı qoruya bilməyiblər. 89-cu dəqiqədə Roberto Lopes fərqlənərək komandasını məğlubiyyətdən xilas edib, beləliklə oyun 1:1 hesabı ilə yekunlaşıb. Xatırladaq ki, bir müddət əvvəl bu 2 komanda İspaniya Kuboku turniri finalında qarşılaşmış, həmin matçda “Real Sosyedad” minimal hesabla qələbə qazanaraq kuboku muzeyinə aparmışdı.
“Atletik” La Liqada ardıcıl 3-cü heç-heçədən sonra 36 xalla 10-cudur. “Real Sosyedad” 46 xalla 5-ci pillədədir. “Atletiko” 66 xalla zirvədədir. “Barsa” 65 xalla 2-ci, “Real” 63 xalla 3-cüdür.