UEFA Çempionlar Liqasında 1/4 finalın ilk 2 oyunu olub. Ötən mövsümün finalçıları - “Bavariya” və “Pari Sen Jermen” komandalarının görüşü gözlənildiyi kimi maraqlı alınıb. Qarşılaşmaya meydan sahibləri güclü hücumlarla başlasalar da, qonaqlar yarım saata 2 qoı vurublar. Kilian Mbappe 3, Markinyos isə 28-ci dəqiqədə qapını dəqiq nişan alıb. 37-ci dəqiqədə fərq azalıb. Erik Şupo Motinq qonaqların qapısına yol tapıb. Paris futbolçuları ilk yarını xeyirlərinə tamamlayıblar. 2-ci hissədə komandalar hərəyə 1 qol vurub. 1 saatın tamamında Tomas Müller hesabı bərabərləşdirib. Lakin çox keçmədən “Pari Sen-Jermen” yenidən üstünlük qazanıb. Kilian Mbappe dubl edib. Bu, görüşdə vurulan sonuncu qol olub. Beləlik Paris klubu ilk oyunda turnirin qalibini səfərdə 3:2 hesabilə məğlub edib. 

Karantin məhududiyyətlərinə gərə İspaniyada keçirilən “Portu” - “Çelsi” qarşılaşmasında da nominal qonaqlar qələbə qazanıblar. 32-ci dəqiqədə Zadəganlar”ın heyətində Meyson Maunt diqqət mərkəzinə düşüb. Sona yaxın isə Ben Çilvell son nöqtəni qoyub. Beləliklə London klubu yarımfinala çıxmaq yolunda böyük addım atıb. Cavab görüşləri aprelin 13-də olacaq.