Bu gün  Bolqarıstanın paytaxtı Sofiya şəhərində taekvondoçuların Avropa çempionatı start götürəcək.

Aprelin 11-dək davam edəcək qitə turnirində Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq. G4 kateqoriyalı yarışda kişilərdən Bəhruz Quluzadə 54, Pərviz İsgəndərov 58, Xanoğlan Kərimov 63 , Cavad Ağayev 68, Ayxan Tağızadə 74, Milad Beigi Hərçəqani 80, Payam Qobadi Oğaz 87, Radik İsaev 87 kq-dan yuxarı çəki dərəcəsində çıxış edəcək. Qadınların yarışında isə Minayə Əkbərova 46, Patimat Abakarova 49, Fəridə Əzizova 67 kq-da ölkəmizin idman şərəfini qoruyacaq. Mötəbər yarışda beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev də Azərbaycanı təmsil edəcək.