Mayamidə kişi tennisçilərin yarışında ikinci mərhələ yekunlaşıb. Mükafat fondu 3 milyon 260 min dollar olan turnirdə ispaniyalı Roberto Bautisto-Aqut amerika birləşmiş ştatlarındn olan Con İznerlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş cəmi 2 saat 21 dəqiqə çəkib. İlk dəqiqələrdən üstünlüyə yiyələnən ispaniyalı raketka ustası birinci setdə 6:3 hesabı ilə qalib gəlib. Sonradan təşəbbüsü ələ alan İzner 2-ci hissədə 6:4 hesabı ilə üstün olaraq tarazlığı bərpa edib. 1 saatdan çox davam edən sonuncu setdə daha dəqiq olan İspaniya tennisçisi 7-6 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

Daha bir görüş isə rusiyalı Daniil Medvedevlə amerikalı Frensis Tyafu arasında olub. Rusiyalı raketka ustası qələbə qazanmaqda çətinlik çəkməyib. İlk setdə 6:4 hesabı ilə qalib gələn Medvedev növbəti hissədə rəqibindən üstün olub – 6:3. Beləliklə, Medvedev də adını növbəti mərhələyə yazdırıb.