Dünya çempionatının Avropa zonasının təsnifat mərhələsində ilk 2 oyunda qalib gələn Türkiyə millisi bu dəfə Latviya seçməsini qəbul edib. Görüşdə erkən qol qeydə alınıb. 2-ci dəqiqədə Kənan Karaman hesabı açıb. Hissənin sonlarına yaxın daha 2 qol vurulub. Hakan Çalhanoğlu fərqi artırsa da, çox keçmədən qonaqlar “ay-ulduzlular”ın qapısına yol tapıblar. Robert Svalnieks diqqət mərkəzinə düşüb. İkinci hissədə fərq yenidən 2 topa çatıb. Burak Yılmaz penaltini dəqiq yerinə yetirib. Ruhdan düşməyən latviyalılar qalan vaxtda tarazlığı bərpa ediblər. Əvvəlcə, Robert Uldrikis, daha sonra isə Devis İkanikes rəqib komandanı cəzalandırıb – 3:3.
C qrupunun digər oyununda isə 7 qol vurulub. Söhbət Cəbəllütariq – Nideland matçından gedir. Qonaqların heyətində Stiven Berqeys, Luuk de Yonq, Corcinyo Veynaldum, Donyel Malen, Donni Van de Beek hərəyə bir dəfə fərqləndiyi halda, Memfis Depay dubl edib: Cəbəllütariq – Niderland 0:7. Norveç millisi isə Monteneqro yığmasına minimal hesabla qalib gəlib. C qrupunda 7 xalla Türkiyə komandası başçılıq edir 6 xalı olan Niderland, Monteneqro və Norveç kollektivləri müvafiq olaraq 2, 3, 4-cü yerləri bölüşür. Latviya və Cəbəllütariq seçməsi isə son 2 pillədə qərarlaşıb.